AZ

“AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının tərkibi dəyişib.

"Cebheinfo.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Müşahidə Şurasının tərkibindən Vüqar Məcidli– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri və Rəşad İsmayılov – Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri çıxarılır.

Müşahidə Şurasının üzvləri sırasına Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri Mehman İsmayılov və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Əli Cəfərov əlavə edilib.

"Cebheinfo.az"

Seçilən
25
7
cebheinfo.az

10Mənbələr