AZ

Britaniya Ermənistana ilk hərbi attaşesini təyin etdi

Böyük Britaniya Ermənistanda ilk rezident müdafiə attaşesini təyin edib.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyi məlumat verib.

Bildirilib ki, mayor Tomas Şorland Boll bu vəzifəni icra etməyə başlayıb.

Səfirlik hesab edir ki, rezident müdafiə attaşesinin təyin edilməsi müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da dərinləşdirəcək.

Xatırladaq ki, avqust ayında Ermənistan və Böyük Britaniya ikitərəfli münasibətlərini strateji tərəfdaşlığa yüksəltmək barədə razılığa gəliblər. Bu razılaşma İrəvanda keçirilən strateji dialoqun ikinci mərhələsi zamanı əldə edilib.

Həmidə İbrahimova

Seçilən
20
olke.az

1Mənbələr