Azərbaycanın basketbol üzrə oğlan və qızlardan ibarət U-16 milliləri Belarusda təşlil olunan beynəlxalq turnirdə gücünü sınayacaqlar.
Fanat.Az xəbər verir ki, təmsilçilərimiz sözügedən ölkənin sabiq idman və turizm naziri, həmçinjn Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr oluman XXVIII beynəlxalq yarışa qatılacaqlar.
Paytaxt Minskdə baş tutacaq yarışda 2009-cu il təvəllüdlü və daha gənc basketbolçular iştirak edəcəklər.
Turnirdə Azərbaycanla yanaşı, ev sahibi ölkənin yığmaları, Qazaxıstan və Rusiya seçmələri mübarizə aparacaqlar.
Yarış dekabrın 5-dən 7-dək davam edəcək.