AZ

SEPAH Fars körfəzində hərbi təlimlər keçirir

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri cümə axşamı Fars körfəzində "Ehtedar" ("Güc") hərbi təlimlərinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, ölkə rəsmiləri təlimlərlə bağlı bütün dəniz zonasında tam kəşfiyyat şəraiti elan ediblər.

"Şəhid Hacı Məhəmməd Nazerinin xatirəsinə həsr olunmuş bu təlimlər İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin istənilən potensial təhlükəyə qarşı durmağa hazır olduğunu, dözümlülüyünü və sadiqliyini nümayiş etdirir", - məlumatda qeyd edilib. 

Aynur Babazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
2
bakivaxti.az

3Mənbələr