Kiyev, 4 dekabr, AZƏRTAC
Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Kəşfiyyat idarəsinin “Teleqram” səhifəsində məlumat yayıb.
Məlumata görə, dekabrın 4-ə keçən gecə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı dəstəsi Krımdakı Kaça hərbi aerodromunda Rusiyanın çoxməqsədli MiQ-29 qırıcısını məhv edib.
Həmin gecə Ukrayna xüsusi təyinatlıları müvəqqəti işğal olunmuş Simferopol yaxınlığındakı İrtış aerodromunun radar sisteminə də zərbə endiriblər.
Məlumata görə, Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları müvəqqəti işğal altında olan yarımada üzərində rusların hava hücumundan müdafiə sistemini sistemli şəkildə zəiflədir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev