İspaniyalı mütəxəssis Unay Emeri İngiltərənin “Aston Villa” klubunda Premyer Liqada qazandığı qələbələrin sayına görə rekordçu olub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi bunu Premyer Liqanın XIV turunda səfərdə “Brayton”u 4:3 hesabı ilə məğlub etdikləri oyunda reallaşdırıb. O, “Aston Villa”nın “sükanı arxasında” 62-ci qələbəsini qazanıb.
Emeri bu göstəricidə Con Qreqori və Martin Oneyli (hər ikisi 61 qələbə) üstələyib.
Qeyd edək ki, “Aston Villa” İngiltərə Premyer Liqasında 14 turdan sonra 27 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.