AZ

Türkiyə məhkəməsi Somali prezidentinin oğluna hökm çıxaracaq

Motosiklet kuryeri Yunus Əmrə Göçəri vuraraq ölümünə səbəb olan Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyh Mahmud haqqında istintaq tamamlandıqdan sonra iddianamə hazırlanıb.
Hafta.az-ın yazdığına görə, haqqında iddia açılan Mahmud, "ehtiyatsızlıqdan ölümə səbəb olmaq" maddəsi ilə 2 ildən 6 ilə qədər həbs cəzası ilə mühakimə olunacaq.
Bu barədə məlumatı Türkiyənin ədliyyə naziri Yılmaz Tunç  media mənsubları ilə görüşdə verib.
"Məlumat gəldi ki, nəqliyyat vasitəsinin sürücüsü qəza hadisəsində günahkardır. Bu üçüncü xəbər idi. Bu xəbərlər çərçivəsində məhkəmə işini davam etdirəcək. Əlbəttə ki, məhkəmə sistemimiz vətəndaşlarımızın hüquqlarını və qanunlarını qoruyacaq. Sosial şəbəkələrdə, mətbuatda bəzi açıqlamalar görürük. Vətəndaşlarımızın hüquqlarının qorunmaması ilə bağlı tənqidlərlə razılaşmırıq. Təxmin edirik ki, aidiyyəti şəxs tezliklə xaricdən gəlib ifadəsini verəcək və bu müstəvidə Xarici İşlər Nazirliyimizlə də danışıqlar davam edir”, - nazir deyib.
Noyabrın 30-da günorta saatlarında Zeytinburnu istiqamətində Avrasiya Tunelinin çıxışında baş verən qəzada 38 yaşlı Yunus Əmrə Göçərin idarə etdiyi motosiklet 06 CD 4581 dövlət nömrə nişanlı avtomobillə vurulub. Məlum olub ki, həmin avtomobili Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyh Mahmud idarə edirmiş.
Zərbənin təsirindən yola düşən Göçər ağır yaralanıb və 6 gün sonra aparıldığı xəstəxanada dünyasını dəyişib. Qəzadan sonra ifadəsi alınaraq sərbəst buraxılan Məhəmməd Həsən Şeyh Mahmud xaricə qaçıb.
Mahmud dekabrın 2-də təyyarə ilə Türkiyədən qaçıb, Yunus Əmrə Göçər isə dekabrın 6-da dünyasını dəyişib.

Seçilən
380
29
hafta.az

10Mənbələr