“Real” ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, komandanın sağ cinah müdafiəçisi Trent Aleksandr-Arnold yenidən zədələnib.
Klubun mətbuat xidməti bildirir ki, ingilis futbolçu La Liqanın 15-ci turunda “Atletik”lə oyunda ayaq əzələsindən xəsarət alıb və təxminən 2 ay meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Real” 27 yaşlı müdafiəçini mövsümün əvvəlində “Liverpul”dan transfer edib.