AZ

Bu ölkədə Snapchat və FaceTime-a giriş qadağan edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyada Snapchat və FaceTime-a giriş qadağan edilib.

Banco.azxəbər verir ki, Rusiyada Snapchat tətbiqinə platforma vasitəsilə cinayət törədildiyi iddiası səbəbilə giriş qadağası tətbiq edilib.

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Xidməti (Roskomnadzor) oktyabr ayından bəri Snapchat-də yaşanan giriş problemləri ilə bağlı açıqlama verib.

Açıqlamada bildirilib ki, tətbiqdən ölkədə terror fəaliyyətlərini təşkil etmək və həyata keçirmək, icraçıları cəlb etmək, vətəndaşlara qarşı dələduzluq və digər cinayətləri törətmək məqsədilə istifadə olunub. Bu səbəbdən Snapchat-ə girişin məhdudlaşdırıldığı qeyd edilib.

Roskomnadzor eyni səbəbdən bu gün FaceTime tətbiqinə də girişin bloklandığını elan edib.

Ölkədə bundan əvvəl Facebook, X, TikTok, YouTube və Instagram kimi sosial media platformalarına da giriş qadağan edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
36
1
banco.az

2Mənbələr