AZ

Salyanda böyük qəza: yük maşını qoyun sürüsünü vurdu, 20-dən çox heyvan tələf oldu

Salyanda xırdabuynuzlu heyvanların tələf olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Ekologiya.az xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara avtomobil yolunun Həsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Malik Quliyev idarə etdiyi “KamAZ” markalı yük maşını ilə hərəkətdə olarkən kənd sakini Cəlal Babayevə məxsus xırdabuynuzlu heyvan sürüsü yola çıxıb və qəza baş verib. 


Hadisə zamanı 20 başdan çox heyvan tələf olub. Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.

Seçilən
26
6
ekologiya.az

7Mənbələr