Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb.
Yanğın zamanı 4 nəfər həyatını itirib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın yerindən videonu təqdim edirik:
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.