“Mortal Kombat”ın ulduzu Keri-Hiroyuki Taqava vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Şanq Tsunq rolu ilə məşhurlaşan 75 yaşlı aktyor insultdan sonra dünyasını dəyişib.
Məlumata əsasən, “Mortal Kombat” filmindəki Şanq Tsunq rolu ilə tanınan məşhur aktyor Keri-Hiroyuki Taqava 75 yaşında vəfat edib.
Bildirilir ki, aktyor ailəsinin əhatəsində, insultdan sonra yaranan fəsadlar səbəbindən dünyasını dəyişib.
O, həmçinin “Son imperator”, “Geyşanın memuarları” və “Hündür qəsrdəki adam” kimi məşhur filmlərdəki rolları ilə tanınırdı.
Xuraman Etibarlı
İnterpress.az