AZ

Yanğında xəsarət alanların vəziyyəti açıqlandı

Dekabrın 5-də saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
 
TƏBİB-dən Moderator.az-a bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
 
Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
 
Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
 
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
 
Seçilən
6
13
moderator.az

10Mənbələr