Bu gün saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 1” yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
“Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub”, - qurumdan qeyd edilib.
"Cebheinfo.az"