AZ

Rəşad Əzizov: Bir həftə ərzində çox zəngin proqram planlaşdırılır

Bakı, 5 dekabr, AZƏRTAC

"İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" çərçivəsində keçirilən tədbirlər geniş qrafiklə təşkil olunur. Bu sahədə çalışan şirkətləri və təsisatları aktiv olmağa çağırırıq. Prezident İlham Əliyevin siyasəti nəticəsində mədəni yaradıcı sənayelərin formalaşması mühüm addımdır. Son iki il ərzində bu sahədə böyük islahatlar aparılıb. Biz istəyirik ki, bu təcrübəni digər ölkələrlə də bölüşək. Burada yeni innovasiyalara xüsusi diqqət yetiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Baş direktoru Rəşad Əzizov Bakıda keçiriləcək “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”ə həsr olunmuş mətbuat konfransında deyib.

"Əsas tədbir Mədəni Yaradıcı Sənayelərin Təşkili Forumu və forum çərçivəsində kino sərgisi, həmçinin İƏT-ə daxil olan ölkələrin "Yaradıcı kənd" sərgisinin təşkili nəzərdə tutulur. Bu tədbir böyük maraq doğurub, artıq digər ölkələrdən də Bakıya ziyarətçilər gəlir", - deyə Rəşad Əzizov vurğulayıb.

Onun sözlərinə görə, bir həftə ərzində çox zəngin proqram planlaşdırılır. Kino festivalı çərçivəsində bir sıra ölkələrin kino sərgiləri keçiriləcək. Nizami Kino Mərkəzi ənənəvi olaraq əsas məkan olacaq. Tədbirin baş məkanı Bakı Konqres Mərkəzidir. Həftə ərzində müxtəlif kinoteatrlarda müvafiq tədbirlər həyata keçiriləcək. Yeni növ tədbirlərin təşkili də nəzərdə tutulur.

Seçilən
21
1
azertag.az

2Mənbələr