AZ

“2024 cü ildə TDT ölkələrinin ümumi ÜDM i 2,1 trilyon dolları ötəcək” Kubanıçbek Ömüralıyev

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“2024-cü ildə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin ümumi ÜDM-i 2,1 trilyon ABŞ dollarını ötəcək, ümumi ticarət dövriyyəsi isə 1,1 trilyon dollara çatacaq”. SİA xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev nazirlər iclasında bildirib.

Onun sözlərinə görə, təşkilat daxilində ticarət dövriyyəsi artıq ümumi ticarətin 7 faizini – təxminən 850 milyard dolları təşkil edir. Halbuki bu göstərici bir neçə il əvvəl cəmi 3 faiz idi.

Baş katib vurğulayıb ki, bu rəqəmlər regionun artan iqtisadi inteqrasiyasını və inkişaf dinamikasını açıq şəkildə göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
sia.az

2Mənbələr