Əmək müqavilələrinin sayında artım davam edir.
İşçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 2025-ci ilin dekabr ayının 1-nə 1 milyon 905 min 398 olub.
2019-cu ilin əvvəli ilə müqayisədə 503 mindən çox artım müşahidə edilib.
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 493 min 949 vahid artıb və 1 milyon 33 min 871 olub.