AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevlə yollarını ayırması gündəmdə deyil - AÇIQLAMA

Bakı, 5 dekabr, AZƏRTAC

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevlə yollarını ayırması gündəmdə deyil.

Bu barədə AZƏRTAC-a klubdan məlumat verib.

Bildirilib ki, Elmar Baxşıyevın istefaya göndərilməsi nəzərdə tutulmayıb.

Naxçıvan klubu ötən gün Azərbaycan Kubokunun 1/8 final mərhələsində əlavə vaxta “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Komanda Misli Premyer Liqasında 13 turdan sonra 20 xalla 6-cı pillədə qərarlaşıb.

Seçilən
65
2
azertag.az

3Mənbələr