AZ

Həmin binada suyun olmaması məsələsinə - Rəsmi cavab

Həmin binada suyun olmaması məsələsinə - Rəsmi cavab

“Bu ərazilərdə bir neçə gündür su yox idi. Biz lazım olan suyu vedrələrlə daşıyıb evlərimizə qaldırırdıq”.

Bu sözləri “Qafqazinfo”ya Lökbatandakı “Qobu Park-1” yaşayış massivində 4 nəfərin öldüyü binanın sakinləri deyib.

Onların iddiasına görə, yanğın kombi partlaması nəticəsində qeydə alınıb: “Kombi bir müddət işləyib, sonra suyu bitdiyinə görə partlayış baş verib”.

Hadisə şahidlərinin sözlərinə əsasən, yanğına səbəb kimi ilkin ehtimallar arasında ən çox səslənən budur.

Ərazidə günlərdir su olmaması haqda deyilənlərlə bağlı ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bir neçə gündür su xəttində təmir işləri aparılıb: “Su xəttində təmirlə bağlı dekabrın 3-5-də Qaradağ və Səbail rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacağı elanı günlər öncə paylaşılıb və abonentlərə məlumat verilib”.

Qeyd edək ki, baş verən güclü yanğınla bağlı cinayət işi açılıb. Cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.

Seçilən
16
4
afn.az

5Mənbələr