AZ

ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası Hindistanla münasibətlərin gücləndirilməsini əhatə edir



Vaşinqton Yeni Dehli ilə kommersiya və digər sektorlarda əlaqələri gücləndirməyi planlaşdırır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu, Ağ Ev tərəfindən dərc edilmiş yenilənmiş ABŞ Milli Təhlükəsizlik Strategiyasında öz əksini tapıb.

Sənədd deyilir ki, Yeni Dehlinin Hindistan-Sakit Okean bölgəsində, o cümlədən Avstraliya, Yaponiya və ABŞ ilə Dördtərəfli Əməkdaşlıq çərçivəsində təhlükəsizliyə investisiya qoyması üçün Hindistanla kommersiya və digər əlaqələri daha da gücləndirmək lazımdır.

ABŞ həmçinin hər hansı bir rəqibin dominantlığının qarşısını almaq üçün müttəfiqlərin və tərəfdaşların hərəkətlərini öz ortaq maraqları ilə əlaqələndirmək niyyətindədir.

Cavid
Seçilən
57
1
newscenter.az

2Mənbələr