AZ

Şamaxı Karvan Yevlax la səfər matçına neçə itki ilə çıxacaq?

Fanat saytına istinadən ain.az xəbər verir.

Misli Premyer Liqasının (MPL) 14-ci turunda "Karvan-Yevlax"ın qonağı olacaq "Şamaxı"nın oyuna neçə itki ilə çıxacağı bəlli olub.

Bu barədə Fanat.Az-a "aslanlar"ın sözçüsü Yusif Hüseynli məlumat verib:

"Bildiyiniz kimi, baş məşqçi Ayxan Abbasov cəzalıdır. Futbolçulardan cəzalı olan yoxdur. Andrey Tirkiveanu isə zədə səbəbindən bu matçı kənardan izləyəcək".

"Karvan- Yevlax" - "Şamaxı" görüşü dekabrın 7-də Yevlax şəhər stadionunda keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək. 

13 oyuna 14 xal toplayan "Şamaxı" MPL-in turnir cədvəlində 9-cu, eyni sayda matça 5 xal yığan "Karvan" isə 12-ci - sonuncu pillədə mövqe tutub.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
2
fanat.az

3Mənbələr