AZ

Eskalatorun qırılmasında xəsarət alanların vəziyyəti açıqlandı

Eskalatorun qırılmasında xəsarət alanların vəziyyəti açıqlandı

Dekabrın 4-də İncəsənət Gimnaziyası yaxınlığındakı yeraltı keçiddə eskalatorun qırılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəz (KTM)dən verilən məlumatda bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib.

“Pasiyentlərə dərhal zəruri tibbi yardım göstərilib, onlara başın açıq yarası, sol ayağın sınığı və diz oynağının əzilməsi diaqnozları təyin edilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, - məlumatda qeyd olunub.

Seçilən
28
10
afn.az

10Mənbələr