AZ

Azərbaycan klubunda 300 min manat yeyinti AÇIQLAMA

ain.az, Fanat saytına istinadən bildirir.

"Sponsor komandadan əlini çəkdi. Səbəb kimi isə biz gəlməmişdən qabaq klubda 300 min manat pul yeyildiyini göstərirlər".

Bunu Fanat.Az-a açıqlamasında 2-ci Liqa təmsilçisi "Şəki Siti"nin baş məşqçisi Elvin Həsənov deyib:

O, klubun titul sponsoru olan "Flyblast" şirkətinin direktoru Rövşən Abdullayevin bundan sonra bölgə təmsilçisinə maliyyə ayırmayacağını təsdiqləyib:  

"Bu gün "Şəki Siti"yə gəlməyimizin iki ayı tamam olur. Həmin məbləğ biz gəlməmişdən qabaq, yəni ilk beş-altı turda dağıdılıb. Biz isə gələndən 1 manatın da yiyəsi deyilik. Üç aya yaxındır ki, futbolçular da maaş almır. Sizin vasitənizlə öz adımdan bildirmək istəyirəm ki, "Şəki Siti" heç bir məşqə və oyuna çıxmayacaq. Onsuz da komanda üç həftədir ki, məşq etmir. Futbolçuları xahiş-minnətlə son matçlara çıxarmışıq. Belə olacağını bilsəydim, heç komandanı "Quba" ilə son turun oyununa da (1:4) çıxarmazdım, bizim nüfuzumuza da xələl gəlməzdi. "Quba" ilə münasibətlərim əladır. Mənə doğma klubdur. Böyük futbola məşqçi kimi orada başlamışam. Rəhbərlik oyun oynadı və bu oyunun altından çıxa bilmədi. Məşq etməyə heç yer də yoxdur. Stadiona borcları var, "Məlhəm Hospital"a borcları var. Formaların pulunu belə, ödəməyiblər. Düzdür, rəsmi səhifədə paylaşım ediblər, amma kimsə qarşıdakı oyuna çıxmayacaq. Bu gündən hamımız AFFA-ya şikayət etmişik, pullarımı istəyirik".

Nihat 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
fanat.az

2Mənbələr