AZ

Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 20-yə çatıb - YENİLƏNİB 1

Salyanda
Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 20 nəfərə çatıb. 1news.az "Report"a istinadən xəbər verir ki, zəhərlənmə diaqnozu ilə daha iki nəfər xəstəxanaya gətirilib.
16:28 Salyanda məktəbdə tüstüdən zəhərlənən şagirdlərin sayı 15 nəfərə çatıb. 1news.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, Yuxarı Noxudlu kənd məktəbində tüstüdən zəhərlənmə diaqnozu ilə daha dörd şagird Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib. "Dekabrın 5-də Salyan Rayon Mərkəzi Xəstəxanasın 17 nəfər (13 qadın, 4 kişi) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub. Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir", - məlumatda vurğulanıb. Faktla bağlı araşdırma aparılır. *** 15:49 Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub. 1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. TƏBİB-dən "Report"un yerli bürosuna bildirilib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 13648 radələrində Yuxarı Noxudli kənd məktəbində 11 şagird (4-ü oğlan, 7-si qız) və 2 nəfər texniki qadın işçisi tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəruri tibbi xidmət göstərildikdən sonra 8 nəfəri evə buraxılıb.

Seçilən
10
3
1news.az

10Mənbələr