AZ

UEFA “Fənərbağça”nın futbolçusunu iki oyunluq cəzalandırıb

Bakı, 5 dekabr, AZƏRTAC

UEFA Avropa Liqasının V turunda Macarıstanın "Ferensvaroş" komandası ilə keçirilən oyunda (1:1) qırmızı vərəqə alan “Fənərbağça”nın futbolçusu Con Duranın cəzası açıqlanıb.

AZƏRTAC xəbər verir ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi kolumbiyalı hücumçunu 2 oyunluq diskvalifikasiya edib.

C.Duran Avropa Liqasında Norveçin “Brann” və İngiltərənin “Aston Villa” komandalarına qarşı təşkil olunacaq matçlarda oynaya bilməyəcək.

Seçilən
123
3
azertag.az

4Mənbələr