AZ

Pişik sahibini yanğından xilas etdi

Saratov ( Rusiya ) vilayətinin Nikolskoye kəndində pişik sahibini yanğından xilas edib.

Milli.Az xəbər verir ki, bu barədə vilayətin FHN idarəsi məlumat yayıb.

Hadisə gecə saatlarında baş verib. Kənd sakini olan 62 yaşlı kişi evdə tək idi. O siqaret çəkdikdən sonra siqareti tam söndürmədən yatıb. Bir müddət sonra siqaret közərməyə başlayıb və otaqda tədricən tüstü yaranıb.

Pişik qeyri adi davranmağa başlayıb. O sahibinin üstünə çıxıb və ucadan miyoldayıb. Kişi səsdən ayılıb. O gözlərini açan kimi otağın tüstü ilə dolduğunu görüb. Kişi dərhal evdən çıxmağa çalışıb və özünü çölə ata bilib. Hadisə nəticəsində o yüngül yanıq xəsarətləri alıb.

Yanğın qısa müddətdə evin bir hissəsini məhv edib. Hadisə yerinə iki yanğınsöndürən briqada cəlb olunub. Onlar alovu söndürə biliblər. Pişiyin özünün evdən çıxıb çıxmadığı dəqiq bilinmir.

Bundan əvvəl də oxşar hadisə qeydə alınıb. Vladimir vilayətində pişik sahiblərini ilan təhlükəsindən qorumuşdu. Pişik evdə qəribə səs hiss edib və sahiblərinə xəbərdarlıq edib. Əvvəlcə ailə bunun siçan və ya siçovul olduğunu düşünüb. Lakin daha sonra mənzilə zəhərli gürzə ilanının girdiyi aydınlaşıb. Hadisə yerinə gələn mütəxəssislər ilanı tutub və meşəlik əraziyə buraxıblar.

Hadisələr sosial şəbəkələrdə rezonans doğurub. Bir çox istifadəçi pişiklərin instinktinin güclü olduğunu və bəzən insan həyatını xilas etdiyini yazıb.

İsmayıl
Milli.Az

Seçilən
56
1
milli.az

10Mənbələr