AZ

“Qarabağ” axtardığı hücumçunu Belçikada tapdı – SON DƏQİQƏ!

“Qarabağ” qış transfer dönəmində heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

İdmanxeber.az Afrika mediasına istinadən yazır ki, Ağdam klubunun hücum xətti üçün əsas namizədlərindən biri Belçikanın “Lyej” komandasında çıxış edən Ömər Diufdur.

22 yaşlı seneqallı forvardın xidmətində Belçikanın “Sent-Trüden”i, həmçinin İspaniya Sequnda təmsilçiləri də maraqlıdır.

Diufun “Lyej”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir və futbolçunun bazar qiyməti 500 min avro olaraq göstərilir.

Qeyd edək ki, Ömər Diuf karyerası ərzində vətənində “Daru Salam”, Türkiyədə “Rizespor”, Şimali Kiprdə isə “Genclik Gücü” komandalarında oynayıb. O, cari mövsümdə meydana çıxdığı 17 görüşdə 8 qol vurub və 2 asistlə yadda qalıb.

Seçilən
34
6
idmanxeber.az

10Mənbələr