AZ

Əfsanəvi Şahmar Ələkbərovun nəvəsi dünya ulduzları ilə birlikdə Hollivud filminə çəkiləcək (FOTO)

Bakı. Trend:

Azərbaycanlı aktyor Eldar İsgəndərov məşhur rejissor QrantSingerin "Reenactment" adlı yeni bədii filminin aktyor heyətinədaxil olub. O, ekran işində dünya ulduzları – Benisio del Toro,Kameron Dias və Ana de Armas ilə birlikdə rol alacaq.

Bu barədə Trend-ə aktyor özü məlumat verib.

Layihə Benisio del Toronu yenidən Qrant Singer və "Black LabelMedia" istehsalat şirkəti ilə bir araya gətirir. Filmin süjetikimi, Eldar İsgəndərovun rolu da hələlik gizli saxlanılır.

Çəkilişlərə bu ilin sonunda Los-Ancelesdə başlanacaq.

Qeyd edək ki, əslən Azərbaycandan olan Eldar İsgəndərovNiderland və Belçikada böyüyüb. O, Azərbaycanın Xalq artisti,əfsanəvi aktyor və rejissor Şahmar Əlixanovun (1943–1992)nəvəsidir. Eldar Savanna İncəsənət və Dizayn Kollecinin (SCAD)məzunudur. “Reenactment” bu il aktyorun oynadığı üçüncü bədiifilmdir. Bundan əvvəl o, "A24" və "Fruit Tree" studiyaları üçünaktyor Cessi Ayzenberqin hazırladığı adsız musiqili komediyada,eləcə də "Topic Studios" üçün çəkilən və Cordan Förstmanın rejissordebütü olan "Club Kid" filmində rol alıb.

Əfsanəvi
Əfsanəvi
Əfsanəvi
Əfsanəvi
Əfsanəvi
Əfsanəvi
Əfsanəvi
Məqalədə:
Seçilən
110
2
az.trend.az

3Mənbələr