"Sakıncalı" serialı ilə bağlı final qərarı verilib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Gold Film"in lentə aldığı ekran işinin çəkilişləri ötən həftə dayandırılmışdı.
Bu səhər yayımlanan 3-cü bölümün reytinqlərindən sonra layihə ilə bağlı son qərar verilib. Serial 5-ci bölümdə izləyicilərinə vida edəcək.
Qeyd edək ki, ekran işində baş rolları Özge Özpirinçci ve Salih Bademci canlandırır.