AZ

Tramp: FIFA Dünya Kubokuna bilet satışında bütün dövrlərin rekordunu yeniləmişik  

ABŞ-ın paytaxtı Vaşinqtonda futbol üzrə 2026 FIFA Dünya Kuboku üçün final püşkatma mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, Kennedi Mərkəzində təşkil olunan tədbirdə Prezident Donald Trampla yanaşı, gələn il ABŞ-la birlikdə Dünya Kubokuna ev sahibliyi edəcək Kanadanın Baş naziri Mark Karni və Meksika Prezidenti Klaudiya Şeynbaum da iştirak edirlər. Mərasimdən əvvəl qırmızı xalçada FIFA prezidenti Canni İnfantino ilə birlikdə addımlayan Tramp mediaya açıqlamasında artıq gələn il keçiriləcək kubokla bağlı bilet satışında bütün dövrlərin rekordunun yeniləndiyini deyib.

Mərasimin açılışında dünyaşöhrətli italiyalı tenor Andrea Boçelli çıxış edib.

Seçilən
61
2
azerbaijan-news.az

4Mənbələr