AZ

UEFA Ukraynanı CƏZALANDIRDI – Rusiyaya qarşı şüarlara görə 30 MİN AVRO

UEFA Ukraynanı Rusiyaya görə cərimələyib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Azarkeşlərin açdığı pankartlar siyasi və təxribatçı hesab olunub, qurum bunu bağışlamayıb.

Məlumata əsasən, UEFA Ukrayna yığmasını Rusiyanın ünvanına səsləndirilən təhqirlərə görə 30 min avro məbləğində cərimələyib.

Cəzaya səbəb ukraynalı azarkeşlərin DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə, həmçinin Avro-2024 çərçivəsində Bosniya və Herseqovina ilə oyunlar zamanı açdıqları pankartlar olub.

Bildirilir ki, UEFA həmin pankartları siyasi və təxribat xarakterli hesab edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr