AZ

Lionel Messi və Kriştiano Ronaldo 1/4 finalda üz üzə gələ bilər

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötəön gün Vaşinqtonda DÇ-2026-nın püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, bununla da dünyanın iki uylduz futbolçusunun - Lionel Messi və Kriştiano Ronaldonun mundialda nə vaxt üz-üzə gələ biləcəyi müəyyənləşib. 

Argentina J qrupunda yer alır və burada Avstriya, Əlcəzair və İordaniya ilə qarşılaşacaq. Portuqaliya isə K qrupunda Kolumbiya, Özbəkistan və pley-offun qalibi (Yeni Kaledoniya, Yamayka və ya Konqo Demokratik Respublikası) ilə oynayacaq.

Onların bir-biri ilə üz-üzə gəlməsi üçün Argentina və Portuqaliya qruplarında birinci olmalı, eləcə də 1/16 və 1/8 final mərhələlərində qələbə qazanmalıdırlar. Argentina Portuqaliya ilə yalnız 1/4 finalda qarşılaşa bilər.

Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda mübarizə aparacaq. Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
sport24.az

1Mənbələr