AZ

ABŞ-Avropa müttəfiqliyinin sonu? -AĞ EVİN YENİ STRATEGİYASI ETİRAZ DOĞURDU

“ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında sərt tənqidə məruz qalmasına baxmayaraq, Avropa İttifaqı (Aİ) Amerikanı əsas müttəfiqi hesab etməyə davam edir”.

 

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

 

“Əsas müttəfiqlər olaraq qalırıq. ABŞ-ın Avropanın mövcudluğunda payı var. Əvvəllər olduğu kimi, yenə də müttəfiqik və müxtəlif məsələlər üzərində birlikdə işləyirik”, - o bildirib. 

Kallas vurğulayıb ki, Aİ ilə ABŞ arasında müəyyən mövzular üzrə fikir ayrılıqları olsa da, müttəfiqlər birlikdə hərəkət etməlidir.

 

“Teleqraf”dan xatırlatma: Dekabrın 5-də yayımlanan ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında deyilir ki, Avropa 20 il ərzində tanınmaz hala gələ bilər. Sənəddə qeyd olunur ki, Avropa İttifaqı rəhbərliyi və digər yerli strukturların dağıdıcı siyasəti səbəbindən Avropa sivilizasiya kimi öz məhvinin astanasındadır.

 

ABŞ-ın yenilənmiş strategiyasında bu səbəbdən bir sıra Avropa ölkələrinin Amerika üçün etibarlı müttəfiq olaraq qalmalarından ötrü kifayət qədər iqtisadi-hərbi potensiala malik olub-olmamaları şübhələri ifadə edilir.

 

Sənəd Aİ ölkələrində etiraz və müzakirələrə səbəb olub.


Daha ətraflı Senzor.az-ın RTVI Новости-yə istinadən təqdim etdiyi videomaterialda:


Seçilən
65
50
senzor.az

10Mənbələr