Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edəcək.
Bu barədə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyindən (MÜSİAD) məlumat verilib.
Cevdet Yılmazla yanaşı, Türkiyənin ticarət naziri Ömer Bolatın da Azərbaycana gəlməsi ehtimal olunur.
Onların səfəri dekabrın 23-də Bakı Konqres Mərkəzində keçiriləcək MÜSİAD-ın Azərbaycan nümayəndəliyinin qurultayı ilə bağlıdır.
Tədbirdə Azərbaycanın aidiyyəti dövlət qurumlarının rəhbərləri, eləcə də Türkiyənin rəsmi nümayəndələrinin iştirakı gözlənilir. Qurultayda MÜSİAD-ın yeni İdarə Heyətinin sədri və üzvlərinin seçilməsi, həmçinin qurumun növbəti dövr üçün strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi planlaşdırılır.
"Cebheinfo.az"