Türkiyədə məhbusları daşıyan avtobus aşıb, yaralılar var. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Sivas–Ərzincan avtomobil yolunda, Sivasın İmranlı rayonunun Yerköy kəndi yaxınlığında baş verib. Ərzurumdan Antalyaya məhbus daşıyan avtobus yoldan çıxaraq aşıb. İlkin məlumata görə, aralarında məhbusların da olduğu 5 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə İmranlı Dövlət Xəstəxanasına aparılıb. Onların həyatları üçün təhlükə olmadığı bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta