AZ

Suriyada prezident seçkiləri nə vaxt keçiriləcək?

Suriyada yeni konstitusiyaya əsasən 4 ildən sonra prezident seçkiləri keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara Doha Forumunda çıxışı zamanı bildirib.

"Biz əhatəli milli dialoq konfransı keçirdik, nəticədə aralıq konstitusiya bəyannaməsi qəbul olundu. Bu bəyannamə prezidentə 5 il hakimiyyətdə qalmaq səlahiyyəti verdi. Bu müddət ərzində çoxlu qanunlar qəbul ediləcək və hökumət sisteminin təməl prinsipi olacaq konstitusiya hazırlanacaq. Dörd ildən sonra mütləq seçkilər keçirəcəyik", - Şara əlavə edib.

Seçilən
40
1
bakivaxti.az

10Mənbələr