ABŞ Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizəni davam etdirmək niyyətindədir.
APA xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset Kaliforniyada təşkil edilən forumda çıxış edərkən bildirib.
"Bu narko-terrorçular yarımkürəmizin Əl-Qaidəsidir və biz Əl-Qaidə ilə mübarizə apardığımız eyni incəlik və dəqiqliklə onlarla mübarizə aparırıq. Biz onları izləyirik, öldürürük və xalqımızı kimyəvi silahlara bərabər ölümcül təsirə malik narkotiklərlə zəhərlədikləri müddətcə onları öldürməyə davam edəcəyik", - müdafiə naziri bildirib.