AZ

Biləsuvarda “Lexus” kanala aşdı - 5 nəfər öldü-Yenilənib » AzadMedia.az


Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Zəhmətabad kəndində olub.

Belə ki, axşam saatlarında yolda idarəetmədən çıxan “Lexus” markalı minik avtomobili kanala aşıb.

Qəza nəticəsində maşında olan 5 nəfər suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

İlkin məlumata görə, qəzada ölənlərdən 4-ü qonşu Bağbanlar kəndinin sakinləridir. İki qardaş, əmi oğlu və qonşu olan gənclər qonaq dostlarını evlərinə aparırmışlar. Qəza gecə saatlarında olduğundan hadisədən gec xəbər tutulub. Maşında olanlardan Bağbanlar kənd sakini 2003-ci il təvəllüdlü Həsənli Vasif Yusif oğlu sudan çıxarılaraq xəstəxanaya çatdırılsa da, orada ölüb. Qafqazinfo
Seçilən
75
2
azadmedia.az

3Mənbələr