AZ

“Karvan- Yevlax”da 3, “Şamaxı”da bir itki – Ev sahibinə şad xəbər

Misli Premyer Liqasının XIV turunda “Karvan-Yevlax” doğma meydanda “Şamaxı”nı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Ev sahibində Vadim Abdullayev və Eltun Turabov cəzalı olduqları üçün  matçı kənardan izləyəcəklər. Süleyman Əhmədov isə zədəlidir.

Yevlax klububda itkilərlə yanaşı, heyətə qayıdanlar da var. Uzun müddətdir zədəli olan qapışı Pedro Mateuş və Mikels bugünkü görüşdə heyətdə olacaq.

“Şamaxı”da isə baş məşqçi Ayxan Abbasov cəzalıdır. Futbolçulardan Andrey Tirkiveanu isə zədə səbəbindən bu matçı kənardan izləyəcək.

“Karvan- Yevlax” – “Şamaxı” görüşü dekabrın 7-də, Yevlax şəhər stadionunda keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək. 

Seçilən
22
idmanxeber.az

1Mənbələr