AZ

"Ayaks" Bakıya əzmkar qələbə və ciddi itki ilə gəlir - VİDEO

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi “Ayaks” ciddi itki ilə üzləşib. 

Fanat.Az xəbər verir ki, komandanın bombardiri Vaut Veqhorst Erediviziyanın 15-ci turunda “Fortuna”yla matçda (3:1) topuğundan zədə alıb.

Niderland millisinin üzvü oyunu davam etdirə bilməyərək 28-ci dəqiqədə əvəzlənib. Futbolçunun son durumu barədə məlumat verilməsə də, onun Bakıdakı oyunda iştirakı sual altındadır.
 

ÇL-in 6-cı turunda baş tutacaq “Qarabağ” – “Aynaks” matçı 10 dekabrda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Seçilən
45
4
fanat.az

5Mənbələr