AZ

Çevrilişə cəhd edənlər BOMBALANDI

Nigeriya Hərbi Hava Qüvvələri Beninin iqtisadi paytaxtı Kotonuda uğursuz hərbi çevriliş cəhdinin iştirakçılarına hava zərbələri endirib.

Publika.az xəbər verir ki, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin və Regional Gözləmə Qüvvələrinin protokollarına uyğun olaraq Benində əməliyyatlar həyata keçirildiyi rəsmi olaraq açıqlanıb.

KİV-lər isə yazır ki, Nigeriya qırıcıları çevrilişə cəhd edənlər zirehli avtomobillərlə Kotonunu tərk edən zaman onlara zərbələr endirib. Hava zərbələri Benin hakimiyyətinin məlumatı və razılığı ilə həyata keçirilib.

Kotonunun müxtəlif ərazilərində çoxsaylı partlayışların baş verdiyi, üsyançıların və onların avadanlıqlarının məhv edildiyi barədə məlumatlar yayılıb.

Seçilən
107
9
publika.az

10Mənbələr