AZ

Ötən həftə ərzində 11-i azyaşlı olmaqla 43 nəfər xilas edilib – FHN

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxilolmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindənötən həftə ərzində 187 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdəqalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 2 partlayış faktıüzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görülmüş təcilivə təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativsöndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindənötən həftə ərzində 11-i azyaşlı olmaqla 43 nəfər xilas edilib, 30nəfər təxliyə olunub, 20 nəfər xəsarət alıb, əməliyyatlar zamanı 13nəfərin meyiti təhvil verilib.

Seçilən
25
22
az.trend.az

10Mənbələr