BAKI, 8 dekabr. TELEQRAF
Son 6 ildə Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb.
Teleqraf xəbər verir ku, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Gömrük Biznes Forumu 2025"-də bildirib.
Onun sözlərinə görə, ötən 20 ildə gömrük sistemimiz ardıcıl və dərin transformasıyadan keçib:
"Hazırda Azərbaycan gömrüyü rəqəmsal innovasiyalar üzərində qurulur, iqtisadi fəallığı artırır, ticarət axınlarını sürətləndirir və ölkəmizin regional logistika qovşağı kimi mövqeyini gücləndirir. 2021-2024-cü illərdə ölkənin qeyri-neft sektoru hər il orta hesabla 6,7% artıb və ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib.
Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri və aparlan islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir".