AZ

Azərbaycan tranzit-logistika habı və regional ticarət qovşağı kimi öz mövqeyini möhkəmləndirir - Şahmar Mövsümov

Bakı. Trend:

İqtisadi inteqrasiyanı və ixrac imkanlarını genişləndirməkməqsədilə Azərbaycan hazırda 10 ölkə ilə azad ticarət sazişləriimzalayıb. Azad ticarət sazişləri ixrac imkanlarını əhəmiyyətlidərəcədə genişləndirir.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi,Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadiməsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri ŞahmarMövsümov bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoqvə Etimad" tədbirində deyib.

Onun sözlərinə görə, rüsumların aradan qaldırılması, gömrükprosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması ixracəməliyyatlarını sürətləndirir, xərcləri azaldır və emal vəqeyri-neft sektorlarının rəqabət qabiliyyətini artırır:

"Bu da tranzit yüklərin cəlb olunmasını asanlaşdırır, regionalnəqliyyat dəhlizlərindən, həm Avropa-Asiya, həm də Şimal-Cənubistiqamətlərində istifadə imkanlarını artırır. Nəticədə Azərbaycantəkcə ixracatçı ölkə kimi deyil, tranzit-logistika habı və regionalticarət qovşağı kimi öz mövqeyini möhkəmləndirir".

Məqalədə:
Seçilən
123
3
az.trend.az

4Mənbələr