AZ

Avropadan qayıdan musiqiçilər DÖYÜLDÜLƏR

Ukraynanın Lvov vilayətində Avropadan qayıdan musiqiçilər və rəqqaslar hücuma məruz qalıb.

Redaktor.az xəbər verir ki, hadisə barədə “Politika Strany” nəşri məlumat yayıb.  

İvan-Frankivsk Milli Mahnı və Rəqs Ansamblı “Gutsuliya”nın üzvləri Polşa və Finlandiyada keçirilən turnedən evə qayıtdıqdan sonra Şepitsk şəhərindəki dayanacaqda hücuma məruz qalıblar. Məlumata görə, avtobus dayanacaqda saxlanarkən, “psixoloji vəziyyəti qeyri-stabil” olan gənclər və qızlardan ibarət qrup avtobusa daxil olaraq musiqiçiləri döyüb, əşyaları dağıdıb.  

Hücum nəticəsində musiqiçilər müxtəlif xəsarətlər alıb: burun sümüklərinin sınması, yüngül beyin silkələnməsi, əzələlərin zədələnməsi və sümüklərin yerindən çıxması. Zərərçəkənlər polisin hadisə yerində passiv qaldığını bildiriblər.  

Nuriyyə NATİQQIZI

Seçilən
54
1
redaktor.az

2Mənbələr