AZ

"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqası oyunun hakimləri

style='margin-bottom:10px;'>

"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində "Ayaks"a (Niderland) qarşı keçirəcəyi matç üçün hakim təyinatları müəyyənləşib.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyun Macarıstandan olan hakimlər briqadasına həvalə olunub.

Matçı FİFA referisi Marton Ruş idarə edəcək. Ona yan xətt hakimləri qismində Gerqo Viq-Tarsonyi və Balaş Şalay köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da "Azərsun Arena"da, saat 15:00-da start götürəcək.

Seçilən
124
1
teleqraf.com

8Mənbələr