ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Ermənistanda 2025-ci ilin yanvar-oktyabr aylarında 26 768 uşaq anadan olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azdır.
“Cebheinfo.az” xəbər verir ki, Ermənistan Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.
“Hesabat dövründə əhalinin hər 1000 nəfərinə düşən doğum nisbəti 2024-cü ilin eyni dövründəki 11,1 nəfərə qarşı 10,4 təşkil edib.
Qeyd edilir ki, hesabat dövründə Ermənistanda 21 080 nəfər ölüb (illik artımla). Ölkədə ölüm əmsalı hər 1000 nəfərə 8,2 təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm hər 1000 nəfərə 8,4 olub.
Beləliklə, əhalinin təbii artımının mütləq yuxarı həddi 5 688 nəfər təşkil edib ki, bu da əvvəlki ilin səviyyəsindən 19 faiz aşağıdır.
2025-ci ilin yanvar-oktyabr ayları üçün əhalinin təbii artım əmsalı hər 1000 nəfərə 2,2 təşkil edib.
2024-cü ilin müvafiq dövründə isə bu rəqəm hər 1000 nəfərə 2,7 təşkil edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.