AZ

İşə çox erkən gəldiyinə görə işdən çıxarıldı - Kuryoz hadisə

İspaniyada şirkətlərin birində kuryoz hadisə yaşanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kuryer şirkətinin əməkdaşı davamlı olaraq işə çox tez gəldiyi üçün işdən çıxarılıb. Məhkəmə işçinin hərəkətini “çox ciddi pozuntu” hesab edərək işəgötürənin qərarını qüvvədə saxlayıb.

Məlumata görə, əmək müqaviləsində səhər saat 7:30-da başlaması nəzərdə tutulsa da, qadın müntəzəm olaraq səhər saat 6:45-7:00 arasında işə gəlib. Onun erkən gəlişi rəhbərliyi qəzəbləndirib, çünki o, həmkarlarından daha tez işə başlayıb və müəyyən edilmiş prosedurları pozub.

O, ilk xəbərdarlığını 2023-cü ildə alıb, lakin xəbərdarlıqlara baxmayaraq, erkən gəlməyə davam edib. Rəhbərlik nəhayət, onun belə erkən saatlarda heç bir iş tapşırığı olmadığını əsas gətirərək, "ciddi pozuntuya" görə onu işdən çıxarmaq qərarına gəlib. 

İşçi Alikante İctimai Məhkəməsində onun işdən çıxarılmasına etiraz edib, lakin hakim işəgötürənin tərəfini tutub. Qərarda bildirilib ki, dəfələrlə xəbərdarlıqlara məhəl qoyulmaması tərəflər arasında etimad münasibətlərinə zərbə vurub.

Gülayə Mecid 

Seçilən
68
50
unikal.az

10Mənbələr