AZ

“Belimi qırdınız, məni niyə atdınız?..”

“Qobu Park-1” yaşayış kompleksindəki yanğında həyat yoldaşı və iki övladını itirən Əkrəm Yusifov ailəsinin məzarından paylaşım edib.

Redaktor.az xəbər verir ki, o, “TikTok” səhifəsində yayımladığı videoya bu sözləri yazıb: “Üç balam getdi... Bu dərdə necə dözüm? Belimi qırdınız. Məni niyə atdınız?”

Xatırladaq ki, dekabrın 5-i baş vermiş yanğın nəticəsində binanın 9-cu mərtəbəsində yaşayan Ə. Yusifovun həyat yoldaşı 1998-ci il təvəllüdlü Zülfiyyə Yusifova və onun övladları – 9 yaşlı Yusif Yusifov və 6 yaşlı Məryəm Yusifova, həmçinin həmin mərtəbədə, digər mənzildə yaşayan 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.

Z.Yusifova və övladları Gədəbəy rayonunda dəfn olunublar.

Həmin görüntüləri təqdim edirik:




Seçilən
22
redaktor.az

1Mənbələr