AZ

Türkiyədə ulduz futbolçunun avtomobili yandı

BAKI, 8 dekabr. TELEQRAF

Türkiyənin “Samsunspor” klubunun futbolçusu Anthoni Musabanın avtomobili yanıb.

Teleqraf xəbər verir ki, hadisə Süper Liqanın XV turunda səfərdə "Qalatasaray"la matçdan sonra baş verib.

Belə ki, Musaba Samsun Hava Limanından evinə getmək üçün icarəyə götürdüyü avtomobilin mühərrik hissəsində yanğın baş verib. Yanğın nəticəsində ulduz oyunçuya heç nə olmasa da, avtomobil istifadəyə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, bu mövsüm Musaba “Samsunspor” forması ilə 18 oyuna çıxaraq 6 qol vurub və 3 asist edib.

Seçilən
21
2
teleqraf.com

3Mənbələr